Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev və şuranın üzvləri – Sadıq Sadıqov, Mübariz Zeynalov, Səməd Qurbanov, Cəbrayıl Cəbrayılov, Zaur Qəhrəmanov və Bəhram Bağırzadə klubun bazasına baş çəkiblər.
Klubdan Oxu.Az-a daxil olan məlumata görə, Ç.Abdullayev komanda üzvləri ilə görüşdə onları “Bakı” klubu üzərində qazanılmış 2:0 hesablı qələbə münasibətilə təbrik edərək, Zaqatala səfəri öncəsi uğurlar arzulayıb.
Müşahidə Şurasının üzvləri bazanı gəzərək şəraitlə tanış olublar.
E.Ə.
www.oxu.az