Bu gün SOCAR-ın binasında “Neftçi” futbol klubuna seçkilər keçirilib.
Oxu.Az xəbər verir ki, yeni yaradılmış Müşahidə Şurasının üzvləri təsdiqlənib.
Şuranın sədri Çingiz Abdullayev seçilib.
Şuranın üzvləri futbol veteranları Mübariz Zeynalov və Səməd Qurbanov, Cəbrayıl Məmmədov və Zaur Qəhrəmanov - SOCAR-ın iki nümayəndəsi, “Bakılı oğlanlar” ŞHK komandasının üzvü və aktyor Bəhram Bağırzadə və “Neftçi” futbol klubunun hazırkı prezidenti Sadıx Sadıxov olacaq.
F.H.
www.oxu.az