Macarıstanın “Ferentsvaroş” komandasının futbolçusu Tokmak Enquen vurduğu qoldan sonra üzərində “Corc Floyd üçün ədalət” yazılmış köynəyi nümayiş etdirməklə ABŞ-ın Minnesota ştatında baş verən hadisəyə münasibət bildirib.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Macarıstan Futbol Federasiyası Norveç vətəndaşlığı olan Cənubi Sudandan olan futbolçunun bu hərəkətini “qınadığını” elan edib.
Xatırladaq ki, FIFA ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floydun zorakılıqla öldürülməsinə meydanda reaksiya göstərən futbolçuların cəzalandırılmaması üçün klublara və təşkilatçılara çağırış etmişdi.