Bu gün Sarayevoda (Bosniya və Herseqovina) cüdo üzrə Avropa Kuboku start götürəcək.
Oxu.Az xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın dörd cüdoçusu - Nərgiz Hacıyeva (63 kq), Aytac Qardaşxanlı (70 kq), Günel Həsənli və Nərmin Əmirli (hər ikisi - 78 kq) tatamiyə çıxacaq.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatına ümumilikdə səkkiz cüdoçu ilə qatılıb.