Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” yarışı keçirilib.
Oxu.Az-ın məlumatına görə, beynəlxalq turnirdə 71 ölkədən 399 cüdoçu mübarizə aparıb.
Milli komandamız mötəbər çempionatda bir bürünc medal qazanıb.
Qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) Paris turnirində 3-cü yeri tutub.
ABŞ, Belarus və Fransa idmançılarına qalib gələn Azərbaycan cüdoçusu yalnız Yaponiya təmsilçisinə uduzaraq ölkəmizə bürünc medal qazandırıb.