Millimizin hücumçusu Renat Dadaşov dünən icarə əsasında keçdiyi İsveçrənin I divizion klubu “Qrashoper”də sabah debüt edə bilər.
Oxu.Az-ın xəbərinə görə, Sürix klubu yeni mövsümün hazırlıqları üçün Almaniyanın Münxen şəhərini təmsil edən, 3-cü Liqanın debütantı “Türkgücü” klubu ilə qarşılaşacaq.
Həmin görüş sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bundan başqa, “Qrashoper” avqustun 29-da İsveçrə Super Liqa klubu “Lutsern”lə gücünü sınayacaq.
Qeyd edək ki, Almaniya futbol məktəbinin yetirməsi olan Renat Dadaşov müqavilə ilə İngiltərə Premyer Liqa klubu “Vulverhempton”a məxsusdur. Onun “canavarlar”la 2023-cü ilədək müqaviləsi var.
Səbuhi Musayev