Dekabrın 22-də Bakıda Avropa Liqasına həsr olunmuş muzey açılacaq.
Oxu.Az-ın verdiyi məlumata görə, bununla əlaqədar olaraq ölkəmizə Argentina yığmasının əfsanəvi oyunçusu, “Milan”, “İnter” və “Çelsi”nin keçmiş futbolçusu Ernan Krespo təşrif buyuracaq.
Qeyd edək ki, muzey yanvarın 7-nə qədər Nizami Gəncəvi adına Azərbaycan milli ədəbiyyat muzeyinin yaxınlığında fəaliyyət göstərəcək. Maraqlananlar muzeyi pulsuz ziyarət edə bilərlər.
Xatırladaq ki, UEFA Avropa Liqasının finalı 29 may 2018-ci il tarixdə Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu münasibətlə artıq daha bir əfsanəvi futbolçu – Rober Pires Bakıya gəlib.
