Günün sonuncu oyununda ABŞ və Qana yığmaları qarşılaşdı.
Oxu.Az xəbər verir ki, 30-cı saniyədə Klint Dempsi çempionatın ən tez qolunu vurdu.
İlk hissə amerikalıların minimal üstünlüyü ilə bitdi.
İkinci hissədə afrikalılar daha yaxşı futbol nümayiş etdirirdilər. Hücum hücum ardınca. Çoxsaylı qol vəziyyətləri, lakin son zərbələr dəqiq olmurdu.
Nəhayət 82-ci dəqiqədə Qana futbolçuları öz istəylərinə çatdılar. Asamoa Qyanın gözəl daban ötürməsindən sonra Andre Ayyu bərabərlik topunu vurdu.
Lakin afrikalıların sevinci çox çəkmədi. 86-cı dəqiqədə Con Bruks künc zərbəsindən sonra Qana azərkeşlərini məyus etdi.
ABŞ yığması vacib oyunda qələbə qazandı və aktivinə 3 xal yazdırdı.
Seymur Baxşev
www.oxu.az