Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) A qrupunda 2-ci turun ilk oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində baş tutmuş matçda Çexiya və Cənubi Afrika Respublikası (CAR) milliləri qarşılaşıblar.
Komandalar görüşdə hərəyə bir dəfə qol vurublar - 1:1.
Çexlərdən Mixal Sadilek matçın 6-cı dəqiqəsində, CAR-dan isə Teboho Mokoena 83-cü dəqiqədə penaltidən fərqlənib.
Xatırladaq ki, qrupun 1-ci turunda Çexiya Cənubi Koreyaya 1:2, CAR isə Meksikaya 0:2 hesabı ilə məğlub olmuşdu.
Qeyd edək ki, iyunun 19-da səhər saat 05:00 A qrupunda Meksika və Cənubi Koreya yığmaları da qarşılaşacaqlar.