Norveç millisinin hücumçusu Erlinq Holand və İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellinqem 2026-cı il dünya çempionatında unikal nailiyyətə imza atıblar.
Oxu.Az bu barədə Sport24.ru-ya istinadən xəbər verir.
Hazırda turnirdə yalnız bu iki futbolçu üç fərqli üsulla - sağ ayaqla, sol ayaqla və başla qol vurmağı bacarıb.
Qeyd edək ki, Holand turnir ərzində 7, Bellinqem isə 6 qol vurub. Xatırladaq ki, İngiltərə millisi dörddəbir finalda Norveçi 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Qaynar xətt:
(055) 224 12 12