ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatı zamanı İngiltərə millisinin məşqləri görünməmiş təhlükəsizlik tədbirləri ilə əhatə olunacaq.
Oxu.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, komanda hərbi ekspertlərin və PUA-ların ələ keçirilməsi sisteminin müdafiəsi altında hazırlıq keçirəcək.
Belə ki, məqsəd rəqib komandaların casusluğunun qarşısını almaqdır. Yığmanın məşq bazası Kansas-Sitidə yerləşəcək. Şəhər rəsmiləri digər komandalar tərəfindən mümkün casusluğa qarşı təhlükəsizlik tədbirlərini ciddi şəkildə gücləndirməyi planlaşdırır.
Nəşrin məlumatına əsasən, polis əməkdaşları pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün dron-toplarla silahlanacaqlar. Bundan əlavə, hakimiyyət orqanları qarşıdakı turnirdə potensial təhdidlərin qarşısını almaq məqsədilə xüsusi ovçu dronlardan istifadə edəcəklər. Bu aparatlar digər pilotsuz cihazları torlarla tutaraq zərərsizləşdirəcək.