Futbol üzrə 2026-cı il dünya çempionatının yarımfinal mərhələsinin ilk matçı keçirilib.
Oxu.Az xəbər verir ki, ABŞ-nin Arlinqton şəhərində baş tutan qarşılaşmada Fransa və İspaniya milliləri üz-üzə gəliblər.
Görüş pireneylilərin inamlı qələbəsi ilə yekunlaşıb - 0:2.
İspaniya yığmasının heyətində Mikel Oyarsabal 22-ci dəqiqədə penaltidən hesabı açıb. Pedro Porro isə 56-cı dəqiqədə fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, İspaniya millisi finalda İngiltərə - Argentina cütünün qalibi ilə qarşılaşacaq.
Qaynar xətt:
(055) 224 12 12