2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Oxu.Az xəbər verir ki, son dünya çempionu Argentina Perunun qonağı olub. “Tanqoçular” Lionel Messinin dublu sayəsində 2:0 hesablı qələbə qazanıblar.
32-ci və 42-ci dəqiqələrdə fərqlənən 36 yaşlı hücumçu yeni rekorda imza atıb. O, dünya çempionatlarının Cənubi Amerika zonası üzrə seçmə mərhələləri tarixinin bombardiri adını ələ keçirib. Messi qollarının sayını 31-ə çatdıraraq, uruqvaylı Luis Suaresi geridə qoyub. Suaresin hesabında 29 qol var.
DÇ-2026: Messi dubl edib tarixi rekorda imza atdı, Argentina zirvədə möhkəmləndi - VİDEO
Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
Venesuela - Çili - 3:0
Qollar: Soteldo, 45+1, Rondon, 72, Maçis, 79
Paraqvay - Boliviya - 1:0
Qol: Sanabriya, 69
Ekvador - Kolumbiya - 0:0
Rəylər