2026-cı il futbol üzrə dünya çempionatının C qrupunun I turunda Haiti və Şotlandiya milliləri üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, ABŞ-nin Foksboro şəhərində yerləşən "Gillette" stadionunda keçirilən oyunu Əlcəzairli hakim Mustafa Qorbal idarə edib.
Qarşılaşma Şotlandiya yığmasının minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0.
Matçın yeganə qolunu 29-cu dəqiqədə Şotlandiya millisinin yarımmüdafiəçisi Con Makginn vurub. O, cərimə meydançasının mərkəzindən etdiyi zərbə ilə hesabı açıb.
C qrupunun digər komandaları Braziliya və Mərakeş milliləridir. Bu komandalar arasında keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
II turda Şotlandiya millisi Mərakeşlə, Haiti yığması isə Braziliya ilə qarşılaşacaq. Hər iki oyun iyunun 20-nə təyin olunub.