DÇ final matçı zamanı sahəyə yarıçılpaq azarkeş düşüb. Bu, Rusiya vətəndaşı olub.
Oxu.Az xəbər verir ki, Dünya Çempionatının Almaniya və Argentina yığmaları arasında keçirilən final matçı zamanı sinəsində “anadangəlmə təlxək” yazılmış yarıçılpaq azarkeş sahəyə qaçıb.
“Təlxək” məşhur bloger Vitali Zdoroveski imiş, o, Almaniya yığmasının oyunçusu Benedikt Hevedusun yanına qaçaraq onu öpməyə çalışıb.
Xuliqanı sahədən mühafizəçilər çıxarıb. Bütün bu olanlardan sonra Zdoroveski Twitter-də: “Nəhayət ki, məşhuram” yazıb. Bu sözləri ilə yanaşı Hevedusla çəkilən şəklini də əlavə edib.
Xatırladaq ki, DÇ-2014 final matçı Almaniya və Argentina arasında Rio-de-Janeyroda “Marakana” stadionunda keçirilib. Oyun 1:0 almanların xeyrinə başa çatıb.