Hər zaman müxtəlif yeniliklər gətirən Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” daha bir ilkə imza atıb.
Oxu.Az xəbər verir ki, kinoteatr ilk dəfə olaraq Azərbaycanda məşhur ulduzlarımızın səsləndirməsində olan cizgi filminin nümayişini keçirib. “Oz: Zümrüd şəhərinə qayıdış” cizgi filmi “28 Cinema” kinoteatrının təşkilatçılığı, HTC şirkətinin sponsorluğu və “ANS” telekanalının dəstəyi ilə dublyaj edilib və nümayiş olunub.
Nümayişin maraqlı məqamlarından biri də, cizgi filminin ölkəmizin ulduzları №1 şoumen Murad Dadaşov və əməkdar artist Tünzalə Ağayevanın tərəfindən səsləndirilməsi olub.
Qapalı nümayişə ölkənin bir çox məşhur simaları, mədəniyyət və incəsənət xadimləri ilə yanaşı yerli media nümayəndələri, iri şirkətlərin rəhbərləri və ictimai xadimlər dəvət olunmuşdular.
Doroti ölkə sakinlərini bəladan qurtarmaq üçün yenidən sehirli tərzdə Oz ölkəsinə keçir. Lakin köhnə dostları – Qorxunc, Dəmir Odunçu və Mərd Şir itiblər.
Öz dostlarını axtarmaq üçün şəhərə səyahət edən Doroti yeni yol-yoldaşları – Kapitan Zefir, Farfor Prinses və yapalaq Savva ilə tanış olur. Doroti, Oz şəhərini qara sehir ilə ələ keçirmək istəyən yeni cani təlxək Cestera qalib gəlmək üçün bu müxtəlif qəhrəmanlara birləşməyə kömək etməlidir.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.
Aytən Sadıqzadə
www.oxu.az