Fransa millisinin baş məşqçisi Didye Deşamın anası vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.
Bildirilir ki, mütəxəssis 2026-cı il dünya çempionatı zamanı milli komandanın ABŞ-də yerləşən düşərgəsini tərk edəcək.
Məşqçi doğmalarına mümkün qədər yaxın olmaq və dəfn mərasimində iştirak etmək üçün Fransaya qayıdır. Təcrübəli mütəxəssis iyunun 26-da millinin qrup mərhələsindəki son oyunu olan Norveçlə qarşılaşmada məşqçi skamyasında əyləşə bilməyəcək.
Didye Deşam geri dönənə qədər komandanı idarə etməyi köməkçisi Qi Stefana tapşırıb.
Qeyd edək ki, 2-ci turdan sonra Fransa seçməsi altı xal toplayıb və I qrupunun turnir cədvəlinə başçılıq edir.