Qurban Qurbanov Kiprin "Apoel" klubunun futbolçusu Dieqo Rosanın "Qarabağ"a mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi bu barədə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından əvvəl keçirilən mətbuat konfransında danışıb.
O bildirib ki, klub bir sıra futbolçularla maraqlanır:
"Bu transfer baş tuta da bilər, baş tutmaya da bilər. Çox oyunçular var. Hər gün hansısa adlar gedir".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Tvente" matçı avqustun 27-də saat 20:00-da başlayacaq.
Xatırladaq ki, komandalar arasında Niderlandda keçirilən ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.