Azərbaycan-Rusiya dövlət sərhədinin buraxılış məntəqələrində heç bir sıxlıq müşahidə olunmur.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsindən verilib.
"Sərhəddə yük nəqliyyat vasitələrinin keçidi təmin olunur. Hazırda Azərbaycan-Rusiya sərhədində heç bir sıxlıq müşahidə olunmur", - deyə məlumatda bildirilir.
Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda TIR-lardan ibarət uzun karvan yaranıb.
Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) bu barədə məlumat daxil olub.
Bildirilib ki, Qusar rayonundan üzü Rusiya sərhədi istiqamətində kilometrlərlə uzanan TIR növbəsi yaranıb.
Sürücülərin hansı səbəbdən uzun müddət növbədə qaldığı hələ məlum deyil.
Məsələni araşdırmaq üçün aidiyyəti üzrə sorğu verilib.