Bakı-Quba avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 115-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 14:30-da qeydə alınıb.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.
Ş.Məmmədovun idarə etdiyi DAF markalı, 01-CJ-850 dövlət qeydiyyat nişanlı yük avtomobili qarşıda hərəkət edən Y.Pirxiyevin idarə etdiyi MAN markalı, 99-FB-164 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində Ş.Məmmədov xəsarət alıb. Hadisə yerinə YPX Alayının əməkdaşları cəlb olunublar.
İlkin məlumata görə, hadisə sürücünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında baş verib.
Belə ki, "KamAZ" markalı yük avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində sürücü xəsarət alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.