Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Domeniko Tedesko Belçika millisindəki vəzifəsindən ayrıldı
Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko postundan yola salınıb.
Oxu.Az "Sudinfo"ya istinadən xəbər verir ki, Krallığın Futbol Assosiasiyası bir qədər əvvəl qəbul etdiyi qərar barədə artıq alman baş məşqçini xəbərdar edib.
Qeyd edək ki, Tedesko 2023-cü ildən millinin sükanı arxasında çalışıb. Belçika yığması onun rəhbərliyi altında 24 matça çıxıb. Onlardan 12-də qalib gələn komanda, 6 dəfə məğlub olub. 6 qarşılaşma isə heç-heçə başa çatıb.
"Domeniko Tedesko" teqi üzrə xəbərlər
Ən çox oxunanlar