Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İqtisadiyyat Nazirliyində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib
İqtisadiyyat Nazirliyində 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirdə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov 20 Yanvar hadisələrinin tarixi-siyasi aspektləri barədə çıxış edərək qeyd edib ki, 20 Yanvar - istiqlaliyyətə gedən yol, milli qürur və müqavimət günü kimi Azərbaycan xalqının tarixi yaddaşına əbədi həkk olunub. O, 20 Yanvarın 1990-cı il tarixində xalqımızın mübarizə əzminin və möhkəm iradəsinin simvolu olduğunu bildirib. 20 Yanvar hadisələrində Azərbaycanın qəhrəman oğul və qızları canlarından keçərək SSRİ rəhbərliyinin apardığı ədalətsiz və qərəzli imperiya siyasətinə etirazlarını bildiriblər. Millət vəkili vurğulayıb ki, yanvarın 22-də, Bakıda fövqəladə vəziyyətə baxmayaraq, yüz minlərlə insan 20 Yanvar şəhidləri ilə vidalaşmaq üçün şəhərin mərkəzinə toplaşıb və Azadlıq meydanında izdihamlı mitinq keçirilib. Bu, haqq-ədalət, azadlıq, ərazi bütövlüyü və suverenlik uğrunda ümumxalq hərəkatının bariz nümunəsi olub.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov da tədbirdə çıxış edərək qeyd edib ki, 20 Yanvar hadisələri Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsi kimi yazılıb. O, bu faciənin Azərbaycan xalqının iradəsinin sarsılmazlığını bir daha sübut etdiyini bildirib. Sahib Ələkbərov ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinə qarşı sərt bəyanatla çıxış etdiyini və faciəni törədənlərin əməllərini gizlədə bilmədiklərini qeyd edib. 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olub.
Vurğulanıb ki, 20 Yanvar faciəsindən sonra xalqımız bir yumruq kimi birləşərək suverenliyini bərpa edib. Ulu öndər Heydər Əliyevin milli dövlətçilik siyasətinin uğurla həyata keçirilməsi bu birliyi daha da gücləndirib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Şanlı Ordumuzun şücaəti ilə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilib və ərazi bütövlüyümüz bərpa olunub.
Tədbirdə, həmçinin 20 Yanvar hadisələri barədə İctimai Televiziyanın hazırladığı film nümayiş etdirilib.
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə müsabiqənin nəticələri məlum olub
- İqtisadiyyat Nazirliyi ilə Latviyanın Dövlət Gəlirlər Xidməti arasında Memorandum imzalanıb
- Azərbaycanın Rəqəmsal İnkişaf Konsepsiyası təsdiqləndi
- Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq
- Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"
Rəylər