Belçika millisinin baş məşqçisi Rudi Qarsiya vəzifəsindən ayrılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Belçika Futbol Assosiasiyası rəsmi məlumat yayıb.
Fransalı çalışdırıcı milli komandanın sükanı arxasına 2025-ci ilin yanvar ayında keçmişdi. O bu vəzifədə 2023-cü ilin fevralından işləyən Domeniko Tedeskonu əvəzləmişdi. Qeyd edək ki, dünya çempionatında (DÇ-2026) Belçika yığması 1/4 finala qədər irəliləsə də, bu mərhələdə gələcək dünya çempionu İspaniya seçməsinə 1:2 hesabı ilə məğlub olmuşdu.
Qaynar xətt:
(055) 224 12 12