Futbol üzrə dünya çempionatının qrup mərhələsində J qrupunun növbəti matçı keçirilib.
Oxu.Az xəbər verir ki, "San-Fransisko Bay Area"da keçirilən matçda Avstriya və İordaniya milliləri üz-üzə gəliblər.
Qarşılaşma Avstriyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun 20-ci dəqiqəsində Avstriyanın heyətində Romano Şmid uzaq məsafədən qapını dəqiq nişan alıb.
Matçın 50-ci dəqiqəsində isə İordaniya seçməsinin heyətində Ali Olvan tarazlığı bərpa edib. 76-cı dəqiqədə İordaniyanın heyətində Yazan Al Arab avtoqol müəllifi olub. Oyunda sonuncu qol isə 90+12-ci dəqiqədə vurulub. Marko Arnautoviç penaltini dəqiq yerinə yetirib.
Xatırladaq ki, növbəti turda Avstriya millisi iyunun 22-də Argentina yığması ilə qarşılaşacaq.