Futbol üzrə Belçika millisinin Əlcəzair üzərindəki (2:1) qələbəsini qeyd edən fanatlardan biri dünyasını dəyişib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Brüsseldə aslan abidəsinin üzərinə çıxan fanat müvazinətini itirərək yerə yıxılıb.
Hadisə nəticəsində ağır zərbə alan futbolsevər səhərə yaxın xəstəxanada keçinib.
Qeyd edək ki, daha iki azarkeş Antverpendə Stabreke kilsəsinin üzərinə çıxsa da, yanğınsöndürənlər onları aşağı endirib.