Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dünya çempionatı: Sənan Süleymanov gümüş medal qazandı - YENİLƏNİB
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş mükafatçısı olub.
Oxu.Az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda qalib gələ bilməyib.
O, həlledici görüşdə Qırğızıstan təmsilçisi Akjol Mahmudova uduzub.
Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar.
11:12
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayacaq.
60 kq-da Nihat Məmmədli 1/16 finalda kubalı Kevin De Armas la üz-üzə gələcək. 72 kq çəki dərəcəsində yarışan Ülvü Qənizadə 1/8 finalda Dünya Güləş Birliyinin bayrağı altında yarışan Ankit Gulia - Hovard Yorqensen (Norveç) cütünün qalibi ilə qarşılaşacaq. 97 kq-da isə Arif Niftullayev xalça üzərinə çıxacaq. O, 116 finalda litvalı Mindauqas Venkaytislə üz-üzə gələcək.
Bu gün, həmçinin, üç yunan-Roma güləşçimiz qızıl medal qazana bilər. Eldəniz Əzizli (55 kq) finalda Gürcüstan idmançısı Nuqzari Tsurtsumia, Rafiq Hüseynov (82 kq) iranlı Əlirza Mohmadipiani, Sənan Süleymanov (77 kq) isə qırğızıstanlı Akjol Mahmudov ilə üz-üzə gələcək.
Xatırladaq ki, Azərbaycan millisi dünya çempionatında iki medal əldə edib. Sərbəst güləşçilərdən Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) gümüş medala sahib olublar. Maqomedov, həmçinin gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Eyni zamanda, Səban Süleymanov finala yüksəlməklə Olimpiadaya lisenziyanı təmin edib.
"Norveç" teqi üzrə xəbərlər
- Yüzlərlə metr dərinlikdə dünyanın ən uzun sualtı avtomobil tuneli: Norveçdən mühəndislik möcüzəsi
- Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edilib
- Yatızdırıb zorlayırmış: Kral ailəsində qalmaqal bütün Norveçi silkələdi
- Norveç XİN nümayəndəsi: "İqlim dəyişikliyindən dolayı daşqınlara məruz qalırıq"
- Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"
Rəylər