Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dünya Çempionatına ən çox futbolçu göndərən klublar - SİYAHI + FOTO
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı üçün ən çox futbolçu göndərən klublar bəlli olub.
Siyahının ilk pilləsində Almaniya təmsilçisi “Bavariya” qərarlaşıb.
Bu barədə FİFA-nın rəsmi “Twitter” hesabında xəbər verilib.
Bildirilir ki, hazırkı Almaniya çempionlarının 17 futbolçusu səkkiz müxtəlif milli komandada çıxış edəcək: Kamerun (E.Ç.Motinq), Kanada (A.Devis), Xorvatiya (Y.Stanişiç), Fransa (L.Ernandes, D.Yupamekano, B.Pavar, K.Koman), Almaniya (M.Noyer , L.Qoretska, S.Qnabri, L.Sane, C.Musiala, Y.Kimmix, T.Müller), Mərakeş (N.Mazraui), Niderland (M.Ligt), Seneqal (S.Mane).
Bundan başqa “Mançester Siti” və “Barselona”nın hər birini 16 futbolçu, “Mançester Yunayted”i 14, “Real”ı isə 13 oyunçu təmsil edəcək.
Xatırladaq ki, dünya çempionatı bazar günü, noyabrın 20-də turnirin ev sahibi Qətər millisi ilə Ekvador yığması arasında keçiriləcək oyunla başlayır. Dünya çempionatının final oyunu dekabrın 18-də baş tutacaq.
"Almaniya" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Almaniya: Kasıb gəncləri olan varlı ölkə
- Qərbi Azərbaycan İcması Almaniyanın ictimai radiosunun Azərbaycanla bağlı böhtanını qınayıb
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı
- Almaniyalı diplomat İslamabadda ölü tapıldı
Rəylər