Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dünya çempionatının seçmə mərhələsi: Ekvador Boliviyaya ardıcıl səkkizinci matçda qalib gəlib
Bu gecə Cənubi Amerika ölkələri arasında Dünya çempionatının seçmə mərhələsinin 11-ci turunda Ekvador yığması Boliviyanı qəbul edib.
Oxu.Az xəbər verir ki, qarşılıqlı hücumlarla başlayan görüşdə hesab 26-cı dəqiqədə açılıb. Valensiya penaltini dəqiq yerinə yetirib - 1:0. Qonaqlar özlərinə gəlməmiş daha bir zərbə alıblar. İki dəqiqə sonra Plata Boliviyanı meydanın mərkəzinə dəvət edib - 2:0.
Fasilədən sonra da üstünlüyünü davam etdirən meydan sahibləri daha iki qol vurublar.
Əvvəlcə Plata 49-cu dəqiqədə dubla imza atıb - 3:0. Ardınca Minda 61-ci dəqiqədə görüşdə son nöqtəni qoyub - 4:0. Ekvador Boliviyaya ardıcıl səkkizinci matçda qalib gəlib.
Qeyd edək ki, üç xalı silinmiş Ekvador millisi 16 xalla seçmə mərhələnin beşinci pilləsində qərarlaşır. Aktivində 12 xalı olan Boliviya səkkizincidir.
"Futbol üzrə dünya çempionatı 2026" teqi üzrə xəbərlər
- DÇ-2026: Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi müəyyənləşib
- DÇ-2026: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olub
- Fernandu Santuş Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək
- Qətər millisinin yeni baş məşqçisi bəlli olub
- Ronaldu Səudiyyə Ərəbistanının futbol infrastrukturunu tərifə tutdu
Rəylər