Qolfsevərlər bu gün axşam ekran başına toplansalar qolf idman növü ilə bağlı heç yerdə görmədikləri və eşitmədikləri informasiyaları “Qolf aləmi”ndə öyrənə biləcəklər.
Oxu.Az xəbər verir ki, qolf sezonunun açılışı ilə əlaqədar Azərbaycan Qolf Federasiyasının gələcək planları və keçiriləcək beynəlxalq yarışlarla bağlı məlumatları Federasiyanın rəsmi nümayəndəsi Elşən Quliyev verəcək.
Verilişin qonaqları gənc müğənni Aysel Əlizadə və tanınmış bəstəkar İsa Məlikovdur.
“Qolf aləmi”nin xarici qolf ustası qonağı isə ispan qolfçu Sergio Garcia olacaq.
Həmçinin verilişdə dünyanın ən varlı qolfçuları haqqında xüsusi süjet və bununla bağlı “Top 10”luq nümayiş olunacaq.
“Qolf aləmi” verilişi bu gün saat 21.20-də İTV telekanalında efirə gedəcək.
Aytən Sadıqzadə
www.oxu.az