Efiopiyalı yüngül atlet Qudaf Tseqay Brilyant Liqasının finalında 5 000 metr məsafəyə qaçışda yeni dünya rekordu qırıb.
Yarış Yucine şəhərində (Oreqon ştatı, ABŞ) keçirilib.
O, məsafəni 4 dəqiqə 0,21 saniyəyə qət edərək Brilyant Liqasının qalibi olub. Bundan əvvəlki dünya rekordu da keniyalı Feyt Kipyeqona məxsusdur. O, Monakoda Almaz Liqasında 1 mil (1,609 m) məsafədə dünya rekordu qırıb. İdmançı məsafəni 4 dəqiqə 7,64 saniyəyə qət edib.
Qeyd edək ki, əvvəlki rekord 2019-cu ildə 4 dəqiqə 12,33 saniyə nəticə göstərən niderlandlı Sifan Həsənə məxsus olub.
Tseqayın 26 yaşı var. O, 5 000 metr məsafəyə qaçışda Tokio Olimpiadasının bürünc mükafatçısıdır. Bu il idmançı 10 000 metr, keçən il 5 000 metr məsafəyə qaçış üzrə dünya çempionu olub. Efiopiyalı 1 500 metr məsafəyə qaçışda dünya çempionatının gümüş (2022) və bürünc (2019) mükafatçısıdır.
Rəylər