AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Osloda Norveç ilə seçmə oyundan öncə gözlədiklərindən danışıb.
“Norveç ilə oyundan öncə optimizm üçün bütün əsaslarımız var. Bakıda biz Malta ilə çox uğurlu oyun keçirdik və 3 xal qazandıq. İnanırıq ki, komanda Osloda da uğurlu oyuna hazırdır və qələbə qazanacaq.
Bizim qol vurmağı bacaran futbolçularımız var. Son iki oyunda Dmitri Nazarov gözəl qol vurub. Cavid Hüseynovun Malta qapısına vurduğu qol da çox yaxşı idi.
Əgər Serbiya ilə bu yaxınlardakı məğlubiyyətimizdən danışsaq (1:4) o zaman əlbəttə ki, yoldaşlıq oyunları vacibdir, amma onların nəticələri elə də mühüm deyil. Əsas olan seçmə matçların nəticələridir. Yoldaşlıq görüşlərində məşqçi oyunçuları yoxlayır. Əlbəttə, hər zaman qalib olmaq istəyirsən, amma məğlubiyyətə baxmayaraq, Serbiyanın yaxşı oyun göstərdiyini bildirmək istərdim.
Norveç güclü komandadır, sürətli futbolda oynayır. Amma bizim futbolçularımızın norveçlərə öz oyununu göstərmək imkanı var.
Çox təəssüf ki, Norveç ilə matç Avropa Oyunlarının açılışı ilə eyni vaxta düşdü. Hamımız belə bir gündə Bakıda olmaq istərdik. Amma Avropa-2016-nın seçmə oyunlarının təqvimi püşkatma ilə tərtib edilib, bunu dəyişmək imkanı yoxdu. Həm də Norveç komandası kimi bizim də seçmə oyunlardan öncə yoldaşlıq görüşləri planlaşdırılmışdı, bunun da təsiri oldu.
Qazaxıstan KİV-i Azərbaycan və Qazaxıstan yığmasının iyun ayının 16-da yoldaşlıq matçı keçirəcəyini yazıblar? İyunun əvvəlində biz Qazaxıstan Futbol Federasiyasının nümayəndələri ilə yoldaşlıq matçının keçirilməsini müzakirə edirdik. Amma söhbət iyundan getmirdi. Yəqin ki, Qazaxıstan ilə gələn il oynayacağıq.
Avqustda keçirəcəyimiz yoldaşlıq matçında yaxın rəqibə gəldikdə isə bir neçə variant var. Hər şey rəqibdən asılıdır. Əgər rəqib güclüdürsə, o zaman başqa ölkədə oynaya bilərik” - Oxu.Az Sportbox.az-a istinadən baş katibin sözlərindən sitat gətirir.
E.Ə.
www.oxu.az