Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Emin Mahmudov Kazbek Tuayevə çatıb
33 yaşlı yarımmüdafiəçi Emin Mahmudov "Neftçi" klubunda 60-cı qolunu vuraraq Kazbek Tuayevin göstəricisini təkrarlayıb.
Oxu.Az xəbər verir ki, Emin Mahmudovun yubileyi Misli Premyer Liqasının XXXIII turuna təsadüf edib. O, "Kəpəz"lə görüşdə (2:2) Bakı klubunu məğlubiyyətdən xilas edən qolun müəllifi olub.
Emin "Neftçi"də keçirdiyi 252-ci qarşılaşmada 60-cı qoluna sevinib. O, Premyer Liqada 44, Azərbaycan Kubokunda 7, avrokuboklarda 9 dəfə fərqlənib.
Mahmudov "Neftçi"nin tarixi ərzində 60 və daha çox qol vuran 15-ci futbolçudur. O, klub tarixinin bombardirləri siyahısında 60 qol vuran Kazbek Tuayevə çatıb.
Qeyd edək ki, "Neftçi" tarixinin ən məhsuldar futbolçusu Samir Ələkbərovdur - 142 qol. Anatoli Banişevski 136, Yunis Hüseynov 103 dəfə fərqləniblər.
"Emin Mahmudov" teqi üzrə xəbərlər
- "Neftçi" Emin Mahmudovun müqavilə müddətini uzadacaq
- Futbolçularımız niyə qol vura bilmirlər? - Premyer Liqada acınacaqlı mənzərə
- Fernandu Santuş: "Sırf qələbə qazanmaq istəsəydik, Monqolustanı dəvət edərdik"
- "Neftçi"nin təcrübəli yarımmüdafiəçisi zədə səbəbindən millinin Haiti ilə oyununu buraxa bilər
- Emin Mahmudov adını "Neftçi"nin tarixinə yazdırdı