Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ağstafada QƏZA: Beş nəfər xəsarət alıb - Son vəziyyətləri AÇIQLANDI
Ağstafa rayonunun Poylu qəsəbəsində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 4-də, saat 21:00-dan başlayaraq Ağstafa rayonunun Poylu kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (biri qadın cinsli, dördü kişi cinsli olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
"Hər birinə zəruri tibbi xidmətlər göstərilib. İki nəfər daha ixtisaslı müayinələr üçün müvafiq tibb müəssisələrinə təxliyə edilib. Üç nəfər isə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki VAZ markalı minik maşını toqquşub.
Qəza zamanı xəsarət alan 1977-ci il təvəllüldlü V.Abbasov, 1970-ci il təvəllüdlü G.Məmmədova, 1997-ci il təvəllüdlü R.Əfəndiyev, 1998-ci il təvəllüdlü M.Əlizadə və 1989-cu il təvəllüdlü N.Məmmədov xəstəxanaya yerləşdiriliblər.
Həmin şəxslərin vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.