Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Belarusa rəsmi səfər edəcək.
Oxu.Az RT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin saytında məlumat yayılıb.
“Rəcəb Tayyib Ərdoğan Belarusa noyabrın 11-də rəsmi səfər edəcək”, - məlumatda deyilir.
Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqların keçirilməsi planlaşdırılır, danışıqların gedişatında iki ölkə arasında münasibətlərin inkişafı müzakirə ediləcək.
N.O.
www.oxu.az