Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı idmançı Ramil Quliyevi Londonda keçirilən dünya çempionatındakı qələbə münasibəti ilə təbrik edib.
Oxu.Az-ın xəbərinə görə, dövlət başçısı bu barədə öz Twitter səhifəsində yazıb:
“Dünya çempionatında 200 metrlik məsafəyə qaçışda qızıl medal qazanan və hər birimizi qürurlandıran Ramil Quliyevi səmimi qəlbdən təbrik edirəm”.
Qeyd edək ki, Ramil Quliyev 2011-ci ildən türkiyə bayrağı altında çıxış edir. Bu onun dünya çempionatlarında ilk medalıdır.

S.B.
www.oxu.az