Altı ərəb ölkəsi Beynəlxalq Futbol Federasiyasına (FİFA) futbol üzrə 2022-ci il dünya çempionatını Qətərdə keçirilməməsinə dair məktub ünvanlayıblar.
Oxu.Az The Local-a istinadən xəbər verir ki, məktubu Səudiyyə Ərəbistanı, Yəmən, Mavritaniya, BƏƏ, Bəhreyn və Misir kimi ölkələr imzalayıblar.
Əsas səbəb kimi “iştirakçıların və azarkeşlərin terrorçuluğu dəstəkləyən ölkədə təhlükəyə məruz qalma riski” göstərilir.
S.B.
www.oxu.az