Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Əsrin ən yaxşı qrosmeysteri Maqnus Karlsen Rusiya və Belarusdan sanksiyaları götürməməyə çağırdı
Kişilər arasında əsrin ən yaxşı qrosmeysteri adını qazanan norveçli qrosmeyster Maqnus Karlsen Rusiya və Belarus şahmat federasiyalarının üzərindən bütün sanksiyaların götürülməməsinə çağırıb.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 16-cı dünya çempionu bununla bağlı 1924-cü ildə FIDE-nin yaradılmasından bəri ən yaxşı şahmatçıya mükafatın təqdim olunduğu mərasimdə deyib.
Mükafat FIDE-nin prezidenti, rusiyalı Arkadi Dvorkoviç tərəfindən təqdim edilib.
Maqnus Karlsen federasiyanın Rusiya və Belarusun müsabiqəyə mümkün qayıdışı ilə bağlı bəyanatları fonunda bu açıqlamanı verib.
"Əlbəttə ki, bu mükafatı almağıma şadam, amma hesab edirəm ki, Qarri Kasparovun karyerası mənimkindən daha yaxşı olub. Əminəm ki, o, fürsətdən istifadə edərək Rusiya və Belarus şahmat federasiyalarının geri qaytarılmamasını məsləhət görərdi. Mən də belə bir bəyanatla çıxış etmək istəyirəm", - deyə Karlsen bildirib.
"Maqnus Karlsen" teqi üzrə xəbərlər
- Maqnus Karlsen "Mançester Yunayted"in yeni baş məşqçisinin istefasını tələb edib
- Maqnus Karlsen FIDE ilə əməkdaşlığa son qoydu
- Maqnus Karlsen dünya kubokunun səfiri olacaq
- Beynəlxalq Şahmat Federasiyası əsrin ən yaxşı qrosmeysterini açıqladı
- Maqnus Karlsen Zaqrebdə keçiriləcək beynəlxalq turnirdə çıxış etməyəcək - SƏBƏB
Rəylər