Türkiyənin "Fənərbağça" klubu Joze Mourinyo ilə yolları ayıracağı təqdirdə Volkan Demirellə danışıqlara başlayacaq.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı Volkan Demirel özü də "Fənərbağça" klubundan təklif gözlədiyini açıqlayıb.
Qeyd edək ki, Volkan Demirel daha öncə "Hatayspor", "Fatih Karagümrük" və son olaraq "Bodrum" klublarını çalışdırıb.