2025-26 mövsümünə hazırlığını davam etdirən "Fənərbağça" təlim-məşq toplanışı çərçivəsində daha bir matç keçirəcək.
Oxu.Az xəbər verir ki, İstanbul klubu İtaliyanın "Latsio" komandası ilə qarşılaşacaq.
Görüş Şükrü Saracoğlu adına İdman Kompleksində baş tutacaq.
Oyuna saat 20:30-da start veriləcək.
Qeyd edək ki, "Fənərbağça" son yoxlama matçında "Benfika"ya məğlub olub - 2:3.