Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq çərçivəsində narkotik testindən keçirilən "Fənərbağça" idman klubunun prezidenti Sadettin Saran İstanbulun Şişli bölgəsində yerləşən özəl laboratoriyalardan birində test verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Qlobal" məlumat yayıb.
Xatırladaq ki,"Fənərbağça" idman klubunun prezidentinin saç nümunəsində kokain aşkarlanıb. Saranın qan, sidik və dırnaq nümunələrinin nəticələri isə mənfi çıxıb.
S.Saran istintaq çərçivəsində aparılan testlərin nəticəsinə inanmadığı üçün bu addımı atıb.
Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq çərçivəsində narkotik testindən keçirilən "Fənərbağça" idman klubunun prezidenti Sadettin Saranın saç nümunəsində kokain aşkarlanıb. Saranın qan, sidik və dırnaq nümunələrinin nəticələri isə mənfi çıxıb.
Sadettin Saran bununla bağlı ilk dəfə açıqlama verib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən məlumat verib.
"Bu səhər ictimaiyyətdə yayılan xəbərlərlə bağlı olaraq ictimaiyyəti məlumatlandırmaq zərurəti yarandı.
Hər şeydən əvvəl açıq və birmənalı şəkildə bildirmək istəyirəm ki, Məhkəmə Tibbi Ekspertizası Qurumunun test nəticələrində müsbət çıxdığı iddia edilən maddədən həyatım boyu istifadə etməmişəm. Nəinki istifadə etmək, hətta sözügedən maddəni yaxından belə görməmişəm.
Bu istiqamətdə iddialar şəxsimi hədəf alan, nüfuzuma və şəxsi hüquqlarıma xələl gətirməyə yönəlmiş açıq-aşkar qarayaxma kampaniyası xarakteri daşıyır, həmçinin təmsil etdiyim qurumları sarsıtmaq məqsədi də güdür.
Bu proses dövründə bütün nümunələri dərhal və hər hansı tərəddüd etmədən yenidən təqdim etməyə hazır olduğumu açıq şəkildə ifadə etmək istəyirəm.
Bu kontekstdə, sözügedən testin Məhkəmə Tibbi Ekspertizası Qurumunda təkrar test keçirilməsi ilə bağlı məsələlər istintaqı aparan prokurorluqdan rəsmi olaraq tələb olunacaq.
Bundan əlavə, bütün əlaqəli testlər beynəlxalq kvalisifikasiyaya malik müstəqil test qurumlarında ən tez şəkildə aparılacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.
Bir daha və xüsusilə vurğulamaq istəyirəm ki, həqiqətin elmi metodlarla və universal standartlara uyğun olaraq ortaya qoyulmasında heç bir şübhəm yoxdur.
Digər tərəfdən, haqqında məxfilik qərarı olan sənədə məxsus olduğu iddia edilən məlumatların, test nəticələrinin çıxdığı gün səhər saatlarından etibarən eyni vaxtda və koordinasiyalı şəkildə bəzi media orqanlarında dərc olunmasa da, ayrıca diqqətlə nəzərdən keçirilməli olan ciddi haldır.
Həqiqətin gec-tez ortaya çıxacağın, prosesin qanunun aliliyi çərçivəsində, ədalətli və şəffaf şəkildə başa çatacağına tam şəkildə inanıram", - deyə o, açıqlamada bildirib.
Qeyd edək ki, Sadettin Saran İstanbuldakı evində tapılan və kokain kimi qiymətləndirilən qalıqla bağlı sualı da cavablamışdı.
"Şüşə qabın içərisində qızıma məxsus müxtəlif dərmanlar var idi. Böyük ehtimalla, bu dərmanların tozlarıdır", - deyə o bildirmişdi.
"Təxminən 20 gün əvvəl Assosdakı evimdə qadın basketbol komandasını qəbul etmişdim. Həyətdə ağcaqanad var idi və evdə çalışan işçi onları qovmaq üçün lavanda və ya oxşar yarpaqlar yandırdığını dedi. Manqaldan sonra da arılar gəldi və bu zaman da işçi onları qovmaq üçün qəhvə yandırdı. Tapılan maddələr də qəhvə, lavanda və adaçayının yandırılmasından sonrakı qalıqlardır", - deyə Saran Assosdakı villasından müsadirə edilən narkotik maddələrlə bağlı da qeyd etmişdi.

Türkiyədə İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərin İstintaq Bürosu tərəfindən aparılan narkotik araşdırması davam edir.
Məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq çərçivəsində narkotik testindən keçirilən "Fənərbağça" idman klubunun prezidenti Sadettin Saranın nəticələri məlum olub.
Bu barədə Oxu.Az "Hürriyet" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Məhkəmə Tibbi Ekspertiza Qurumunda qan və saç nümunələri verən Sadettin Saranın test nəticəsi müsbət çıxıb.
Hesabat İstanbul Baş Prokurorluğuna göndərilib.
