Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Fənərbağça” Şahruddinin komandasından üstün oldu - VİDEO
Türkiyə Super Liqasının 31-ci turu çərçivəsində “Fənərbağça” Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor”u qəbul edib.
Meydan sahiblərindən Djiku, Dzeko, Tadiç və Dursunun qollarına qonaqlar Balotelli və Barasinin qolları ilə cavab veriblər - 4:2.
Hazırda “Fənərbağça” 82 xalla turnir cədvəlində ikinci yerdədir və lider “Qalatasaray”dan cəmi 2 xal geri qalır. Adana klubu isə 39 xalla 11-ci sırada qərarlaşıb.
Ən çox oxunanlar