Yanvar ayında etdiyi transferlərlə diqqət çəkən Türkiyənin “Fənərbaxça” klubu “Twitter”də bəyənmə və şərh rekordunu qırıb.
“Haber Global” xəbər verir ki, “Deportes & Finanzas”in yaydığı hesabata görə, 2021-ci ilin yanvar ayında “Fənərbaxça”nın “Twitter” səhifəsindəki paylaşımları 25,3 milyon bəyənmə və şərh toplayıb. Bu rəqəmlə İstanbul təmsilçisi 2020-ci ilin sentyabrında qeydə alınmış “Barselona”nın 14 milyonluq rekordunu üstələyib.
Beləliklə də, “Fənərbaxça” bir idman klubuna məxsus “Twitter”də bəyənmə və şərh rekordunun yeni sahibi olub.
𝗡𝗘𝗪 𝗛𝗜𝗦𝗧𝗢𝗥𝗜𝗖𝗔𝗟 𝗥𝗘𝗖𝗢𝗥𝗗
— Deportes&Finanzas® (@DeporFinanzas) February 1, 2021
💥WOW @Fenerbahce!💥
You have reached a historic high on #twitter during january 21!!
2⃣5⃣,3⃣Ⓜ of interactions
➡𝐈𝐭´𝐬 𝐭𝐡𝐞 𝐡𝐢𝐠𝐡𝐞𝐬𝐭 𝐧𝐮𝐦𝐛𝐞𝐫 𝐞𝐯𝐞𝐫 𝐫𝐞𝐜𝐨𝐫𝐝𝐞𝐝 𝐛𝐲 𝐚 𝐒𝐏𝐎𝐑𝐓 𝐓𝐄𝐀𝐌 𝐢𝐧 𝐭𝐡𝐞 𝐰𝐨𝐫𝐥𝐝! pic.twitter.com/9kkQGOdZvC