Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

FIDE-nin reytinq siyahısı tərtib olunub - Şəhriyar Məmmədyarov geriləyib
Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün reytinq siyahısını tərtib edib.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2733) bir pillə geriləyərək 18-ci yerdə qərarlaşıb.
31-ci pillədəki Teymur Rəcəbovun (2700) mövqeyində dəyişiklik olmayıb. Rauf Məmmədov (2643) isə 10 pillə irəliləyərək 90-cı yerə yüksəlib. 100-cü olan Aydın Süleymanlı (2637) ilk dəfə dünyanın ən yaxşı 100 qrosmeysteri arasına düşüb.
Siyahıya norveçli Maqnus Karlsen (2831) başçılıq edir. ABŞ təmsilçisi Hikaru Nakamura (2802) ikinci, hindistanlı Arjun Eriqaisi (2797) üçüncüdür.
Azərbaycanın qadın şahmatçılarından Günay Məmmədzadə (2426) 34-cü, Gövhər Beydullayeva (2402) 45-ci, Ülviyyə Fətəliyeva (2383) 67-ci, Xanım Balacayeva (2362) isə 83-cü pillədə yer alıb. G.Beydullayeva 8, Ü.Fətəliyeva 1 pillə irəliləyib.
Burada ilk üç pillədə çinli şahmatçılar - Yifan Hou (2632), Yu Venyun (2559) və Ley Tinqji (2548) qərarlaşıblar.
"Beynəlxalq Şahmat Federasiyası (FIDE)" teqi üzrə xəbərlər
- FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM
- Maqnus Karlsen Beynəlxalq Şahmat Federasiyasının prezidentinin istefasını tələb edib
- 14 yaşlı rusiyalı şahmatçı dünya reytinqində birinci olan norveçlini məğlub edib
- Latviyalı qrosmeyster 12 il müddətinə diskvalifikasiya edildi
- FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib