Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

FIFA Argentina və İsveçrəni cərimələdi
FİFA Argentina Futbol Assosasiyasını 80 min funt sterlinqə yaxın cərimələyib.
Oxu.Az xəbər verir ki, buna səbəb DÇ-2018 çərçivəsində Xorvatiyaya qarşı keçirilən matçda argentinalı fanatların təhqiramiz ifadələr işlətməsi və meydana müxtəlif əşyalar atması olub.
Məğlubiyyət acısını həzm edə bilməyən azarkeşlər eyni zamanda xorvatiyalı azarkeşlərlə dava salıb.
Qeyd edək ki, həmin matçda Messili Argentina millisi xorvatlara 3:0 hesabı ilə məğlub olub.
Bu arada FİFA eyni zamanda İsveçrə millisinin üç futbolçusunu cərimələyib.
Serbiya ilə keçirilən matçda alban əsilli futbolçular qol sevinci zamanı Albaniya gerbində olan simvolu – qartal fiqurunu təsvir ediblər. Oyunçulardan birinin butsunda isə Kosova bayrağı həkk olunub.
İntizam komitəsi bunu təxribat kimi qiymətləndirərək, Qranit Caka və Cerdan Şakirini 10 min frank, Stefan Lixtştayneri isə 5 min frank məbləğində cərimələyib.
F.M.
www.oxu.az
"Argentina" teqi üzrə xəbərlər
- Argentina prezidenti altı saat ərzində LIBRA mem-tokenini yüksəltdi və "dəfn etdi"
- Argentinada 18 yaşından kiçik şəxslərlə bağlı mühüm qərar qəbul edildi
- ABŞ-dən sonra Argentina da ÜST-dən çıxır
- Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib
- Argentinada turistlərin gözü qarşısında aysberq çevrilib