FIFA prezidenti Canni İnfantino 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə Özbəkistanla birgə ev sahibliyi edəcək Azərbaycanı təbrik edib.
Oxu.Az bildirir ki, təşkilatın rəhbəri bu barədə "Instagram" sosial şəbəkə hesabında yazıb.
"FIFA Şurasının 2027-ci il U-20 dünya çempionatına ev sahibliyi etmək üçün Azərbaycan və Özbəkistanı seçdiyi barədə məlumat verməkdən məmnuna. Bu tarixi turnir Avropa ilə Asiyanı birləşdirərək, bizim idman növünün ən parlaq gənc istedadlarını nümayiş etdirəcək" , - deyə o paylaşımında bildirib.
İnfantino hər iki ölkəni təbrik etdiyini vurğulayaraq əlavə edib: "2027-ci ildə bu turnirin möhtəşəm 25-ci buraxılışını səbirsizliklə gözləyirəm. Turnir ilk dəfə olaraq FIFA-nın iki üzv assosiasiyası tərəfindən birgə təşkil ediləcək".