Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Fiorentina"nın daha bir futbolçusu oyun zamanı huşunu itirib
"Fiorentina"nın hücumçusu Moyze Kin İtaliya A Seriyasının 26-cı turunda "Verona" ilə oyunda (0:1) huşunu itirib.
Oxu.Az xəbər verir ki, ikinci hissənin ortasında "Verona"nın oyunçusu Kinə dizi ilə zərbə vurub. Bundan sonra o, huşunu itirərək meydançaya yıxılıb.
"Fiorentina"nın tibbi heyəti hücumçunu xərəkdə meydançadan çıxarmalı olub. O, 67-ci dəqiqədə əvəzlənib.
Kin bu mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 19 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.
Qeyd edək ki, daha öncə "Fiorentina" klubunun ulduzu Edoardo Bove "İnter"lə görüşdə huşunu itirmişdi.