Formula 1 üzrə Azərbaycan Qran Prisi başa çatıb.
Oxu.Az xəbər verir ki, Bakıda keçirilən mövsümün altıncı mərhələsində “Red Bull” komandasının meksikalı pilotu Serxio Peres birinci yeri tutub.
Komanda yoldaşı Maks Verstapenin qəzaya uğraması səbəbindən ilk sıraya yüksələn pilot yarış bərpa edildikdən sonra qalan üç turda da liderliyini qoruyub və qalib olub. 31 yaşlı pilot mövsümdə ilk qələbəsini qazanıb.
“Aston Martin”dən Sebastyan Fetel ikinci, “AlfaTauri” komandasının üzvü Pyer Qasli isə üçüncü olub.
Qeyd edək ki, 2016-cı ildə Bakıdakı yarışın birincisi “Mercedes”in pilotu Niko Rosberq olub. Növbəti 3 ildə isə müvafiq olaraq, Daniel Rikkardo (“Red Bull”), Luis Hamilton (“Mercedes”) və Valtteri Bottas (“Mercedes”) qalib adına yiyələnib.
16:01
Formula 1 üzrə Azərbaycan Qran-prisində son - əsas yarış start götürüb.
Təxminən 2 saat sonra yarışın qalibi bəlli olacaq.
"Ferrari"nin sürücüsü Şarl Lekler iyunun 5-də sıralama turunda bütün rəqiblərini qabaqladığı üçün mübarizəyə hamıdan öndə başlayıb.
16:00
Formula 2 üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb.
“Hitech Grand Prix”dən Yuri Vips fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
“Prema Racing”dən Oskar Piastri ikinci, onun komanda yoldaşı Robert Şvartsman isə üçüncü yerə layiq görülüb. "Uni-Virtuosi Racing"in pilotu Felipe Druqoviç 4-cü ola bilib.
Qeyd edək ki, saat 14:10-da “Formula 1”də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da “Formula 1”də əsas yarışa start veriləcək və yekunda qalib müəyyənləşəcək.
13:12
Formula 2 üzrə Azərbaycan Qran-prisinin son - əsas yarışı start götürüb.
Təxminən bir saatdan sonra qalib bəlli olacaq.
Saat 14:10-da Formula 1-də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək.
09:58
Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək.
Yarışın sonuncu günündə ilk olaraq Formula 2 pilotları mübarizə aparacaq.
Ardınca isə əsas mərhələ start götürəcək.Saat 14:10-da "Formula 1"də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış start götürəcək və yekunda qalib müəyyənləşəcək.
Azərbaycan Qran-prisi
6 iyun
“Formula-2”
Saat 12:45-13:50 - Əsas yarış
“Formula-1”
Saat 14:10-14:50 – Pilotların təqdimatı
Saat 15:44-15:46 – Dövlət Himni mərasimi
Saat 16:00-18:00. Əsas yarış
Qeyd edək ki, ilk 5 mərhələdən sonra “Red Bull”un sürücüsü Maks Ferstappen 105 xalla birinci, “Mercedes”dən Luis Hamilton 101 xalla ikinci pillədə qərarlaşıb. İlk “3-lüy”ü 56 xalla “McLaren”in pilotu Lando Norris qapayır.
Komanda hesabında da “Red Bull” 149 xalla bütün rəqiblərini qabaqlayıb. "Mercedes" 148 xalla ikinci, “McLaren” 80 xala üçüncü sırada yer alıb.