Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Formula-1": Azərbaycan Qran-prisinin qalibi Çində də birinci oldu
"McLaren" komandasının təcrübəli pilotu Oskar Piastri "Formula-1" üzrə dünya çempionatının ikinci mərhələsi olan Çin Qran-prisinin qalibi olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, yarışlar Şanxayda keçirilib.
İkinci yeri onun komanda yoldaşı britaniyalı Lando Norris tutub. İlk üçlüyü "Mercedes" komandasının pilotu britaniyalı Corc Rassell qapayıb.
Əyləc problemləri səbəbindən ispan Fernando Alonso ("Aston Martin") yarışı vaxtından əvvəl bitirib.
Beləliklə də, Piastri "Formula-1"də üçüncü yarışını qazanıb. Əvvəlki iki qələbəni avstraliyalı pilot keçən mövsümdə Macarıstan və Azərbaycanda əldə etmişdi. Hazırkı mövsüm onun "Formula-1"də üçüncü mövsümüdür.
Növbəti Qran-pri 4-6 aprel tarixlərində Yaponiyada keçiriləcək.
"Formula-1" teqi üzrə xəbərlər
- Lyuis Hemilton dördqat dünya çempionu Sebastyan Fettelin rekordunu qırdı
- Lyuis Həmilton "Ferrari"dəki ilk liderliyini Çin Qran-prisində qazandı
- "Formula-1": Lando Norris və "McLaren" mövsümə qələbə ilə başladılar
- "Formula-1" yarışlarını Azərbaycanda yayımlayacaq kanal BƏLLİ OLDU - ÖZƏL
- "Formula-1" üzrə dünya çempionatı Avstraliyada start aldı: Şarl Lekler günü zirvədə bağladı