"Formula-1" üzrə dünya çempionatının Qran-pri mərhələsi bu il Bəhreyn əvəzinə Malayziyada keçiriləcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yarış oktyabrın 2-dən 4-dək keçiriləcək.
Xatırladaq ki, mart ayında "Formula-1" rəhbərliyi regiondakı vəziyyətlə əlaqədar Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan Qran-pri mərhələlərini ləğv etmişdi. Bəhreyn Qran-prisinin aprelin 10-12-də, Səudiyyə Ərəbistanı Qran-prisinin isə aprelin 17-19-da baş tutması nəzərdə tutulurdu.
Qeyd edək ki, "Formula-1" 1999-cu ildən 2017-ci ilədək Malayziyada Qran-pri yarışları təşkil edib. Yarışlar "Sepanq" trasında keçirilib. Malayziya Qran-prisinin tarixində ən çox qələbə qazanan pilot almaniyalı Sebastyan Fetteldir. Bu trasda keçirilən son yarışın qalibi isə niderlandlı Maks Ferstappen olub.