Oktyabrın 27-də Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Fransada “Nant”la qarşılaşacaq “Qarabağ”ı Bakıdan gətirən təyyarə Nantın Atlantik aeroportuna enib.
Sports.az xəbər verir ki, komandamızı Nantda yaşayan həmyerlilərimiz qarşılayıb.
Azərbaycan çempionunu coşqu ilə qarşılayan soydaşlarımız Avropa meydanlarındakı qürurumuz olan komandaya uğurlar arzulayıb.
Azarkeşlər oktyabrın 27-də tribunalardan lazımi dəstəyi verəcəklərini bildiriblər.
Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyun Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.
22:10
“Qarabağ” komandası Avropa liqasının qrup mərhələsində “Nant”la oyun üçün Fransaya yola düşüb.
Səfər ərəfəsində Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qarşılaşma ilə bağlı ehtimallarını bölüşüb.
O qeyd edib ki, bu dəfə tam fərqli bir komanda və oyun görə bilərik. Çünki rəqib qalib gəlməyə istəklidir.
Qeyd edək ki, qrup mərhələsində 5-ci turun “Nant”-“Qarabağ” matçı oktyabrın 27-si Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Bojuar” stadionunda keçiriləcək qarşılaşmanı Yakob Kehletin başçılıq etdiyi danimarkalı hakimlər briqadası idarə edəcək.
Daha ətraflı Baku TV-nin süjetində: